Van Bronkxorst “Feyenoord”a qayıtdı 2+1 illik müqavilə

17.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Feyenoord” baş məşqçi postuna Covanni van Bronkxorstu təyin edib.

Apasport.az xəbər verir ki, Rotterdam klubu 51 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb.

Sözləşmədə daha 1 il uzatma bəndi də var.

Van Bronkxorst bu postda Robin van Persini əvəzləyib. Onun köməkçisi Sipke Hulshoff olacaq.

Qeyd edək ki, Van Bronkxorst daha əvvəl 2015-2019-cu illərdə də “Feyenoord”u çalışdırıb.

O, həmin dönəmdə komanda ilə 2017-ci ildə Niderland çempionu olub, 2 dəfə ölkə kubokunu, 2 dəfə isə Superkuboku qazanıb. 

Ronaldo DÇ-yə iddialı gəldi – “Ümid və inamla buradayıq” Oçoa karyerasını bitirir – DÇ-2026-dan sonra vida “Fənərbaxça”nın rəqibi bəlli oldu - İlk oyun İstanbulda Bernardo Silva "Real"da - RƏSMİ De Pauldan Messi açıqlaması – “Qollarından xəbəri belə yoxdur”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью