Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Filmin süjet xətti dostunun müəmmalı ölümünün sirrini açmağa çalışan azərbaycanlı qəhrəmanın beynəlxalq narkotik ticarəti və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsindən bəhs edir. Filmdə hər ölkənin öz qəhrəmanları və müstəqil süjet xətti var. Onların yolları Orta Dəhliz və Xəzər hövzəsi ətrafında formalaşan beynəlxalq logistika əlaqələrindən qanunsuz məqsədlər üçün istifadə etməyə çalışan kriminal şəbəkənin izinə düşərkən kəsişir.
Beləliklə, müxtəlif ölkələrdə baş verən hadisələr və qəhrəmanların fərqli araşdırmaları vahid mübarizədə birləşir. Filmin final hadisələrinin Bakıda, o cümlədən İçərişəhərdə cərəyan etməsi nəzərdə tutulur.
Layihədə dünya şöhrətli aktyor Jan-Klod Van-Dammın da iştirakı gözlənilir. Onun filmdə canlandıracağı obraz beynəlxalq cinayət şəbəkəsinin hadisələrində mühüm rol oynayacaq.
Filmin baş prodüseri Elçin Çobanzadə, baş dramaturqu isə tanınmış şair və dramaturq Baba Vəziroğludur. Layihənin bəstəkarı kimi Kamal çıxış edir.
Filmin yaradıcı heyətinin formalaşdırılması prosesi davam edir. Layihəyə bir sıra peşəkar mütəxəssislər cəlb olunsa da, onların adlarının açıqlanması hələlik nəzərdə tutulmur. Rejissor seçimi də daxil olmaqla, yaradıcı heyətlə bağlı yekun qərarlar verildikdən sonra müvafiq məlumatlar ictimaiyyətə təqdim olunacaq.
«KAPİTAN» Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) birgə istehsal dəstəyi müsabiqəsinin qalib layihələrindən biridir.
Filmin əsas ideyasını ifadə edən şüar belədir: “Sərhədlər dəyişə bilər, amma ədalət uğrunda mübarizə sərhəd tanımır”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Beləliklə, müxtəlif ölkələrdə baş verən hadisələr və qəhrəmanların fərqli araşdırmaları vahid mübarizədə birləşir. Filmin final hadisələrinin Bakıda, o cümlədən İçərişəhərdə cərəyan etməsi nəzərdə tutulur.