futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Liverpul”un futbolçusu Vircil Van Dayk Premyer Liqada “Mançester Siti”yə məğlub olduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, müdafiəçi 0:3 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Futbolda hakimlərin verdikləri qərarlarla barışmalıyıq. Nələrisə müzakirə etməyin mənası yoxdur. 0:3 hesabıyla uduzduq və bu, ciddi zərbədir.
İndi nəsə deməyimin əhəmiyyəti yoxdur. Çünki dediklərim mətbuatda çox danışılacaq və müzakirələrdə mən olacağam.
Məğlubiyyəti unudub, qarşıdakı matçlara köklənməliyik. Əvvəlki formamıza qayıtmaq, yaxşı oyunlar seriyası yaxalamaq istəyirik. Təslim olmuruq. Qarşıda uzun period var”.
“Liverpul” çempionatda 11 turdan sonra 18 xalla 8-ci sıradadır.