Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
“Liverpul”un futbolçusu Vircil Van Dayk Çempionlar Liqasının son turunun “Qarabağ”la oyunu haqda fikirlərini bölüşüb.
Futbolpress.az “beİN Sports”a istinadən xəbər verir ki, müdafiəçi matçla bağlı bunları deyib:
“Vacib oyun olacaq. Məğlub olsaq, 1/8 finala vəsiqə verən yerdən çıxa bilərik. Hər şey özümüzdən, “Qarabağ”la oyundan asılıdır. Əminəm ki, 1/8 finala gedə biləcəyik. Mövqeyimizi yaxşılaşdırmışıq”.
“Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-da keçiriləcək. “Liverpul” 15 xalla 4-cü, “Qarabağ” isə 10 xalla 18-cidir.