Van de Bek uzun müddət oynamayacaq

26.09.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Jirona"nın yarımmüdafiəçisi Donni van de Bek ciddi zədə səbəbindən uzun müddət oynamayacaq.

QOL.az xəbər verir ki, 28 yaşlı futbolçu La Liqada "Atletik"lə son matçın ilk yarısında əvəzlənmək məcburiyyətində qalıb.

Futbolçunun sol ayağında axilles vətəri tam qopub. "The Touchline"ın məlumatına görə, niderlandlı oyunçu ötən gün əməliyyat olunub. Onun mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyi qeyd edilib.

Donni van de Beek "Jirona"ya ötən ilin yayında "Mançester Yunayted"dən keçib. Daha əvvəl “Ayntracht" və “Everton”da icarə əsasında çıxış edən futbolçu karyerasına “Ayaks”da başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью