Van Deyk 2026 dakı fasilələrdən danışdı: Bəyənmirəm

15.06.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Van Deyk 2026-dakı fasilələrdən danışdı: "Bəyənmirəm"

Niderland millisinin müdafiəçisi Vircil van Deyk DÇ-2026 oyunlarında tətbiq olunan su fasilələri barədə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, təcrübəli futbolçu Yaponiya ilə 2:2 hesablı heç-heçədən sonra bununla bağlı danışıb.

Van Deyk fasilələrin kommersiya xarakteri daşıdığını düşündüyünü bildirib:

“Düşünürəm ki, su fasilələri ilə bağlı vəziyyət çox maraqlıdır. Dünya çempionatının demək olar ki, bütün oyunlarını izləmişəm. Hər dəfə də bu kommersiya fasiləsinin başlaması xoşuma gəlmirdi. Məncə, oyunları televiziya vasitəsilə izləyən neytral azarkeşlər üçün də bu, yaxşı deyil.

Əgər hava həqiqətən çox istidirsə, belə fasilələrin olması pis fikir deyil. Amma hesab edirəm ki, hər matça fərdi yanaşmaq lazımdır. Düşünürəm ki, bu barədə artıq kifayət qədər danışdım”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью