Van Deyk derbidəki davanın əsas səbəbkarının kim olduğunu dedi

13.02.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Liverpul"un kapitanı Vircil van Deyk İngiltərə Premyer Liqasının 15-ci turundan təxirə salınmış derbidə - dünən "Everton"a qarşı keçirdikləri matçda (2:2) yaşanan insidentdən danışıb.

Fanat.Az xəbər verir ki, "TNT Sports" onun sözlərini belə çatdırıb:

"Hər şey bəllidir. Onların qolu necə bayram etdiklərini gördünüz və buna haqları çatırdı. Məncə, Dukure bizim azarkeşləri təxribata çəkmək istədi, Körtis isə onun düzgün hərəkət etmədiyi qənaətinə gəldi. Özünüz bilirsiniz də dava başlayanda sonu necə olur".

Xatırladaq ki, "Everton" əzəli rəqibi ilə duelin 90+12-ci dəqiqəsində bərabərlik qolunu vurub. Qoldan sonra yaşanan qarşıdurma Abdulaye Dukure ("Everton") və Körtis Consun ("Liverpul") qırmızı vərəqə alması ilə nəticələnib. Bundan başqa, "qırmızılar"ın baş məşqçisi də "qırmızı" görüb.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью