Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Liverpul”un kapitanı Vircil van Deyk İngiltərə klubundakı gələcəyi ilə bağlı qeyri-müəyyənliyi şərh edib.
QOL.az xəbər verir ki, 35 yaşlı müdafiəçi müqaviləsinin uzadılması ilə bağlı hələlik heç bir yenilik olmadığını bildirib.
Niderlandlı futbolçu bu məsələyə görə narahatlıq keçirmədiyini və diqqətini hazırkı çıxışlarına yönəltdiyini vurğulayıb:
“Özümü yaxşı hiss edirəm, amma hazırda məsələ mənimlə bağlı deyil. Görək bundan sonra nə olacaq. Heç bir panika yaşamıram. Oynamağa və hazırda gördüyüm işi davam etdirməyə çalışıram. Bu mövsümün nələr gətirəcəyini görəcəyik. Burada inanılmaz vaxt keçirmişəm. Əgər bu hekayə davam etsə, əla olar. Əks halda, başqa yerə gedəcəyəm”.
Van Deyk “Liverpul” rəhbərliyi ilə müqavilənin uzadılması barədə danışıqlarda da hələlik heç bir yenilik olmadığını təsdiqləyib. Bununla belə, müdafiəçi karyerasının gələcəyi ilə bağlı tələsik qərar vermək istəmədiyini bildirib.
Qeyd edək ki, Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır. Niderlandlı futbolçu mersisaydlılarla İngiltərə çempionluğu və Çempionlar Liqasının qalibi olub.