Van Deyk İngiltərəni İspaniyaya dəyişir İDDİA

10.12.2024

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deyk karyerasını İspaniya nəhəngində davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb. 

Mənbənin məlumatına görə, 33 yaşlı niderlandlı futbolçu ilə "Real Madrid" maraqlanır. "Kral klubu" müdafiədəki problemləri məhz onun sayəsində aradan qaldırmaq istəyir. Madridlilər van Deykə 3 illik müqavilə təklif etməyə hazırlaşır. 

Vircilin "Liverpul"la hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. 

Təcrübəli müdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью