Van Deyk Liverpul da qalacaq

23.02.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Niderland millisinin kapitanı Vircil Van Deyk "Liverpul"da qalacaq.

Apasport.az “Sky Sports”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi təcrübəli müdafiəçiyə yeni müqavilə təklif edib.
Tərəflər arasında ilkin razılıq əldə olunub. 

Niderlandlının “Liverpul”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 33 yaşlı futbolçu 2018-ci ildən hazırkı komandasının formasını geyinir.

Van Deyk məsələ haqda bu cür danışıb: "Mən "Liverpul"un rənglərinə sadiqəm, bu klubu və azarkeşləri sevirəm. Hələlik konkret bir şey deyə bilmərəm, amma ortaq məxrəcə gəlməyimiz mümkündür".

33 yaşlı futbolçu “Qroningen”, “Seltik” və “Southempton”da oynayıb.

Günün canlı yayımlanacaq matçları “Zirə” “Kəpəz”lə üz-üzə - YENİLƏNİR Qurban Qurbanov: “Sonda dəqiq məlumatlar bildiriləcək” Vasili Berezutski: “Çox maraqlı oyun alındı” Bakıda qollu sülh - YENİLƏNİB
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью