Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Liverpul"un müdafiəçisi Vircil van Deyk klubla yeni müqavilə ilə bağlı danışıqlarında irəliləyiş olub-olmaması haqda sualları cavablandırıb.
QOL.az BBC-yə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu deyib:
"Bəli, irəliləyiş var. Bilmirəm qalacağam, ya yox. Baxarıq. Bunlar daxili müzakirələrdir. Gəlin görək necə olur. Mən klubu da , azarkeşləri də sevirəm".
Qeyd edək ki, daha əvvəl “Liverpul”un Van Deyk üçün “Əl-Hilal”dan 20 milyon avrodan çox təklif aldığı bildirilmişdi.
Van Deyk 2018-ci ilin yanvarından "mersisaydlılar"da çıxış edir. Onun klubla müqaviləsi bu mövsümün sonuna qədərdir.