Van Deyk üçün A Seriyası variantı

27.09.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Liverpul"un kapitanı Vircil van Deyk karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Milan" niderlandlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə jurnalist Karlo Pelleqatti məlumat yayıb.

35 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bunu nəzərə alan "Milan" yayda azad agent statusunda olacaq təcrübəli məzrkəz müdafiəçisini heyətinə qatmaq variantını nəzərdən keçirir.

Qeyd edək ki, Vircil van Deyk cari mövsümdə "Liverpul"un heyətində büütün turnirlərdə 6 rəsmi matçda meydana çıxıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью