Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

29.09.2026

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə yerləşən Van gölünün dərinliklərində aparılan araşdırmalar zamanı dairəvi formada tikili və bir-birinə keçmə daş bloklardan ibarət uzun divar tapılıb.
Kulis.az xəbər verir ki, göl səthindən təxminən 23 metr dərinlikdə tapılan və 45 metrdən çox uzanan bu daş tikilinin qədim yaşayış məskəninin parçası ola biləcəyi ehtimal edilir.
İlk dəfə 2017-ci ildə sualtı operator Tahsin Ceylan tərəfindən aşkarlanan strukturlar 2025–2026-cı illər dalğıc araşdırmaları ilə daha ətraflı təhlil edilib.
Tədqiqatçı Metyu LaKruanın fikrincə, gölün geoloji və vulkanik keçmişinə əsasən bu tikililər 11,700, hətta 40 min il əvvələ aid ola bilər.
Lakin digər arxeoloqlar birbaşa elmi tarixləndirmə aparılmadığı üçün ehtiyatlı davranır və bu daş blokların 3 min il əvvəl bölgədə hökmranlıq etmiş Urartu krallığına və ya orta əsrlər dövrünə aid olmasını daha real hesab edirlər.
Qeyd edək ki, dəqiq cavablar üçün Van gölündə genişmiqyaslı sualtı arxeoloji qazıntıların aparılması gözlənilir.

Məşhur aktyor dünyasını dəyişdi Sədaqətsizlik, özünə aid otaq, doğumdan sonrakı zorakılıq... - Feminizm mövzusunda 10 məşhur əsər "Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью