Van Nistelroy rəsmən Lesterdə

30.11.2024

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Niderlandlı mütəxəssis Ruud van Nistelroyun "Lester"ə təyinatı rəsmiləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2,5 illik müqavilə imzalayıblar. 

Van Nistelroy bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Stiv Kuperi əvəzləyib. O, Premyer Liqadakı uğursuz nəticələrdən sonra klubdan ayrılmışdı. "Lester" hazırda ölkə çempionatında 12 turdan sonra 10 xal toplayıb və 16-cı yerdədir.

Komanda bu gün Premyer Liqada "Brentford"la üz-üzə gələcək.

Bundan əvvəl van Nistelroy "Mançester Yunayted"i müvəqqəti olaraq çalışdırıb. Həmin vaxt onun komandası Liqa Kuboku və Premyer Liqada 2 dəfə "Lester"i məğlub edib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью