Van Nistelroy sabiq komandasına baş məşqçi təyin oluna bilər

25.11.2024

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Bundesliqa 2-də çıxış edən "Hamburq" Steffen Baumqartın qovulmasından sonra keçmiş hücumçusu Ruud van Nistelroyu baş məşqçi təyin etməyi planlaşdırır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, niderlandlının təyinatı hələ Baumqartın göndərilməsindən əvvəl də nəzərdən keçirilirdi.

Van Nistelroy Erik ten Haqın qovulmasından sonra "Mançester Yunayted"də müvəqqəti baş məşqçisi vəzifəsində çalışıb. O, noyabrda klubu tərk edib. Onun rəhbərliyi altında "qırmızı şeytanlar" 4 matçda meydana çıxmışdı. Həmin görüşlərində 3-də qələbə qazanıb, birində bərabərə qalmışdılar. 

"Hamburq" 13 oyundan sonra 20 xalla 2-ci Bundesliqada 8-ci yerdədir. 48 yaşlı məşqçi "Den Boş", "Herenven", PSV, "Mançester Yunayted", "Real"(Madrid), "Hamburq", "Malaqa" klublarının formasını geyinib.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью