Van Persi üçün növbəti şans

01.03.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Robin van Persi üçün yeni imkan ortaya çıxıb.

"Football-plus.az" xəbər verir ki, Niderland millisinin sabiq hücumçusu yenidən “Feyenoord”da çalışacaq. Niderland klubunun rəhbərliyi 41 yaşlı məşqçi ilə razılığa gəlib.
Yerli mənbələrin məlumatında onunla müddəti 2017-ci ilin yayına qədər razılaşdırılan müqavilə imzalandığı qeyd edilib. Vaxtilə “Feyenoord”, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbaxça”da oynamış Van Persi bazar gününə qədər “Herenven”i çalışdırırdı. O, artıq fevralın 24-dən Rotterdamda işə başlayıb. Van Persinin əsas köməkçisi “Mançester Yunayted”in sabiq çalışdırıcısı Erik ten Haqa assistenlik edən Rene Hake olub. Onun müaviləsinin müddəti də 2017-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Feyenoord”un yetirməsi olan Van Persi əvvəllər bu klubun aşağı yaş qruplarından olan komandalarla işləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью