Icma.az bildirir, Qol.az portalına istinadən.
Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal yenidən yığmanı çalışdırmağa hazırdır.
QOL.az xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.
Bildirilib ki, 74 yaşlı mütəxəssis Niderland Futbol Federasiyasından rəsmi təklif alacağı təqdirdə milli komandanın sükanı arxasına qayıtmağa razıdır. Van Qalın səhhətinin yaxşı olduğu və özünü yenidən yüksək səviyyədə işləməyə hazır hiss etdiyi qeyd olunub.
Hazırda Niderland Futbol Federasiyası tərəfindən ona rəsmi müraciət edilməyib. Mənbənin iddiasına görə, Van Qal yalnız Niderlandı deyil, başqa güclü milli komandadan gələcək təklifi də nəzərdən keçirməyə hazırdır.
Qeyd edək ki, Lui van Qal Niderland millisini üç müxtəlif dövrdə çalışdırıb. O, sonuncu dəfə 2022-ci il dünya çempionatından sonra vəzifəsindən ayrılmışdı.