Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Niderlandlı rəssam Vinsent van Qoqun “Çiçəklənən şabalıd ağacları” adlı əsəri hərracda 190,43 milyon dollara satılıb.
Axşam.az xəbər verir ki, əsər Nyu-Yorkdakı “Sotheby's” hərrac evində satılıb.
Qeyd edək ki, bundan əvvəl yəhudi Fişer ailəsinin varisləri Van Qoqun “Çiçəklənən şabalıd ağacları” əsərinin hərracdan çıxarılması tələbi ilə “Sotheby's”ə müraciət etmişdilər. Onların iddiasına görə, tablo 1936-cı ildə Niderlandda nasist rejiminin təzyiqi altında məcburi şəkildə satılıb.
Ailənin vəkili isə 1930-cu illərdəki satışın könüllü və bazar şərtlərinə uyğun həyata keçirildiyi sübut olunana qədər hərracın keçirilməməli olduğunu bildirmişdi.