Vanda, sən nə edirsən?! | Icma.az
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
''Qalatasaray''ın göz bəbəyi Mauro İkardi ilə boşanma prosesində olduğu qalmaqallı həyat yoldaşı Vanda Naranın son dönəmlərdəki hərəkətlərindən heç fələk də baş açmaz.
İkardini özündən 14 yaş kiçik, tam adı Elian Anxel Valensuela olan reper L-Gante ilə açıq şəkildə aldadan Nara yenə ağızları açıq buraxan hərəkətlər etməkdə davam edir.
Deyəsən o indi də meylini birinci həyat yoldaşı Maksi Lopesə salıb! Bilindiyi kimi Naranın Lopesdən üç, İkardidən iki uşağı var.
Vanda ilə Lopes 2008-13-cü illərdə ailəli olublar. Vandanın sonradan İkardi ilə münasibəti üzə çıxınca, Lopesdən ayrılmalı olmuşdu.
Özü də bütün bu həngamə qoparkən, Maksi Lopes ilə İkardi ''Sampdoriya''da birlikdə top qovurdular!
Bütün bu illər ərzində Maksi Lopes dəfələrlə Vanda Naranı belə desək, ağ yuyub, qara sərmişdi...
Bu günlərdə Vanda Nara yeni sevgilisi L-Gante, 5 uşağı və eləcə də Maksi Lopeslə birlikdə çəkdirdiyi şəkili paylaşaraq çoxlarını təəccübləndirmişdi.
Tam oxu
Xəbəri oxu