Vankuver aeroportunda uçuşlar müvəqqəti məhdudlaşdırılıb

16.07.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 iyul, AZƏRTAC

Kanadanın əsas hava limanlarından olan Vankuver aeroportunda uçuşlar müvəqqəti məhdudlaşdırılıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, buna səbəb kiçik ölçülü Cessna 172 təyyarəsinin aeroportun uçuş zolağına yaxınlaşması olub.

Polisin məlumatına görə təyyarə ərazidən uzaqlaşdırılaraq yerə endirilib, pilot saxlanılıb. Təxminən 40 dəqiqə ərzində bütün uçuşlar dayandırılıb, gələn təyyarələr başqa aeroportlara yönləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью