“Vanlı Kara Haydar”ın xanımı da saxlanıldı Video

14.09.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Toyunda gəlinə taxılan kilolarla qızılla gündəmə gələn “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz İstanbulda saxlanılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması” ittihamı ilə həbs edilən Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan barəsində də saxlanılma qərarı çıxarılıb.

Çağla Öz polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndərilib.

Mehmet Fatih Tançalan istintaq çərçivəsində verdiyi ifadəsində toy mərasimində həyat yoldaşına taxılan yüksək miqdarda qızılın ona məxsus olmadığını iddia edib. Tançalanın sözlərinə görə, qızıllar reklam məqsədilə müvəqqəti olaraq gətirilib və toy başa çatdıqdan sonra geri qaytarılıb.

O, həmçinin toy xərclərinin sponsorlar tərəfindən qarşılandığını və bəzi xərcləri ödəmək üçün dostlarından borc aldığını bildirib.

Tançalan həyat yoldaşı Çağla Özün sosial mediada tanınan şəxs olduğunu, paylaşımlarının böyük hissəsinin izlənmə və qarşılıqlı əlaqə məqsədi daşıdığını, bəzi paylaşımlarının isə ironiya xarakterli olduğunu deyib.

Qeyd edək ki, cütlüyün toy mərasimində gəlinə başdan-ayağa, tacından ayaqqabısına qədər qızıl taxılması diqqət çəkib və görüntülər sosial mediada geniş yayılıb. Adıçəkilən toyda azərbaycanlı bloqerlər də iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью