Vanqadan bu bürclə bağlı iddialı proqnoz

26.11.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məşhur bolqar öncəgörücü Vanqaya (Vangeliya Pandeva Quşterova) aid edilən 2027-ci il proqnozlarında bir bürclə bağlı diqqətçəkən iddia ortaya çıxıb. Bildirilir ki, Buğa bürcündən olan insanlar qarşıdakı ildə maliyyə baxımından həyatlarının ən uğurlu dövrlərindən birini yaşaya bilərlər.

“Cebheinfo.az” xəbər verir ki, 2027-ci ildə Buğa bürcünün nümayəndələrini yeni iş imkanları, vəzifə yüksəlişi və gəlirli əməkdaşlıqlar gözləyə bilər.

Proqnozlara əsasən, uzun müddətdir maddi çətinliklərlə üzləşən Buğalar gələn il iqtisadi vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilərlər. Xüsusilə karyerasına, təhsilinə və şəxsi layihələrinə sərmayə qoyan şəxslərin bu addımlarının bəhrəsini görəcəyi iddia olunur.

Bununla yanaşı, gözlənilməz iş təklifləri, vəzifə dəyişikliyi və yeni karyera imkanlarının Buğa bürcündən olan insanların gəlirlərinə müsbət təsir göstərə biləcəyi bildirilir.

Proqnozlarda diqqət çəkən digər məqam isə yeni tanışlıqlardır. İddialara görə, təsadüfi qarşılaşma və ya gözlənilməz əməkdaşlıq təklifi Buğalar üçün böyük qazanc imkanlarının qapısını aça bilər. Xüsusilə ticarət, sahibkarlıq və biznes tərəfdaşlığı sahələrində uğurlu nəticələr əldə etmək ehtimalından bəhs edilir.

Vanqaya aid edilən proqnozlarda Buğa bürcünün nümayəndələrinə adət etdikləri həyat tərzindən kənara çıxmaq, yeni imkanları dəyərləndirmək və riskləri düzgün hesablamaq tövsiyə olunur. İddialara görə, dəyişikliklərə açıq olan Buğalar 2027-ci ildə maliyyə baxımından ciddi sıçrayış edə bilərlər.

Qeyd edək ki, Vanqaya aid edilən bu proqnozların həqiqiliyini təsdiqləyən etibarlı sənəd mövcud deyil. Astroloji şərhlərin isə elmi əsası yoxdur.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью