Vanqanın proqnozu: Gələn ay nələr olacaq?

17.10.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1996-cı ildə vəfat edən məşhur bolqar görücüsü  Vanqanın gələcəklə bağlı proqnozları, xüsusən də 2026-cı ilin noyabr ayına aid iddiaları yenidən aktual mövzuya çevrilib. 

"Cebheinfo.az" xəbər verir ki, yazılı və təsdiqlənə bilən arxivi olmayan məşhur görücüyə aid edilən iddialar arasında bəşəriyyətin ilk dəfə yadplanetlilərlə qarşılaşacağı barədə şayiələr böyük maraq doğurub. İnternetdə və sosial mediada sürətlə yayılan ön görmə ilə bağlı siyahıya görə, 2026-cı ilin noyabr ayında nəhəng kosmik gəminin Yer atmosferinə daxil olacağı və bəşəriyyətin yadplanetli varlıqlarla ilk təması iddia edilir. 

Lakin mütəxəssislər Vanqanın bu tarixi qəti şəkildə verdiyini sübut edən heç bir rəsmi və ya təsdiqlənmiş qeydin olmadığını bildirirlər. Vanqanın qardaşı qızı Krasimira Stoyanovaya aid edilən məlumatlarda yadplanetlilərlə təmasın 2026-cı ildə deyil, təxminən 200 il sonra baş verə biləcəyi bildirilir. Bu ziddiyyətli məlumat bir daha göstərir ki, bu görücülük illər ərzində şifahi şəkildə ötürülüb, dəyişdirilib və şişirdilib.

Vanqaya məxsus və internetdə yayılan uzun müddət sonraya aid edilən görücülük siyahısına aşağıdakı qeyri-adi iddialar daxildir:

2125 və 2130: İlk siqnallar kosmosdan alınacaq. 2130-cu ildə yadplanetlilərin təlimləri ilə su altında həyat başlayacaq.

2221: Zaman səyahətinin sirri həll olunacaq və bəşəriyyətin taleyi dəyişəcək.

2371 və 2378: Böyük bir aclıqdan sonra 2378-ci ildə tamamilə yeni bir insan növü ortaya çıxacaq.

4302 və 4308: Şəhər strukturları dəyişəcək və bütün xəstəliklərin müalicəsi tapılacaq. 4308-ci ildə insan beyninin tutumu 34%-ə çatacaq və nifrət hissi silinəcək.

4599: Ölümsüzlük kəşf ediləcək və əhali sayı 340 milyarda çatacaq.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью