Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vanuatu sahillərində bərənin batması nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Reuters" Baş nazir Jotam Napatanın Dəftərxanasına istinadən məlumat yayıb.
"MV Matui" bərəsində heyət üzvləri də daxil olmaqla onlarla insan olub. Qəza Amba və Espiritu-Santo adaları arasında baş verib. Xilasedicilər 15 nəfəri tapıb, xilas edə biliblər.
İlkin məlumatlara görə, qəzaya səbəb fırtınalı hava və gəminin həddindən artıq yüklənmə ola bilər.
Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.