Vaqif Abdullayevin yeni kitabı işıq üzü görüb

03.06.2025

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bu günlərdə “IDEA-dan başladı” adlı yeni kitabım nəşr edilib.
Kitab tanınmış ictimai-siyasi xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti “Bakı” jurnalının təsisçisi və baş redaktoru, “Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq” İctimai Birliyinin (International Dialogue for Environmental Action –IDEA) təsisçisi və sədri Leyla Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edir.
Kitab vasitəsilə Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində göstərdiyi səylərin şahidi olacaq, humanitar, ekoloji problemlərin aradan qaldırılmasında həyata keçirdiyi layihələrlə, qələmə aldığı şeirlərdən bəzi nümunələrlə tanış ola bilərsiniz.
Kitabın yüksək tərtibatına görə, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-yə təşəkkürümü bildirirəm.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью