Vaqif Cavadov Araz Naxçıvan ı büdrətdikləri oyunu belə şərh etdi | Icma.az
Icma.az, Fanat portalına istinadən məlumat verir. Misli Premyer Liqasının 21-ci turunda “Araz-Naxçıvan”la qarşılaşan “Sumqayıt”ın baş məşqçi
Fanat.Az xəbər verir ki, o, qolsuz heç-heçə bitən matçla bağıı belə danışıb: “Yaxşı oyun oldu.
İlk hissə daha çox bizim üstünlüyümüzlə keçdi. Əfsuslar olsun ki, penaltini yerinə yetirə bilmədik.
Belə komandaya qarşı 1 xal qazanmaq yaxşıdır. Bu oyunla komandama alqış düşür. Hər iki komanda üçün 1 xalı ədalətli nəticə hesab edirəm.
Birinci hissədə demək olar ki, rəqibə heç bir şans vermədik. “Araz-Naxçıvan” elə-belə ikinci pillədə qərarlaşmayıb.
Ancaq bizdə elə-belə komanda deyilik. Bunu dəfələrlə sübut etmişik. Hazırda 6-cı yerdəyik.
İnşallah ki, xallar toplayıb, istədiyimiz nəticəni əldə edəcəyik. Futbolda bir termin var ki, qalib gələ bilmirsənsə, uduzma.
Biz də neçə oyundur qol vura bilmirik, amma xallar qazanırıq. Çalışacayıq ki, növbəti həftə də 3 xal qazanaq.
Tam oxu
Xəbəri oxu