Vaqif Cavadov kursa qatıldı

21.04.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi keçirilib.

"Football-plus.az" xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov tərəfindən baş tutan modulda ona təlimatçı Osman Rəhimov köməklik edib. Tanışlıq xarakteri daşıyan I mərhələdə kurs haqqında ümumi məlumat verilib, iştirakçıları nələrin gözlədiyi, hansı modulların olacağı və onların kurs ərzində vəzifələri barədə danışılıb.
Kursa premyer-liqada çalışan Vaqif Cavadov (Sumqayıt), 1-ci liqa klublarından Elman Sultanov (Baku Sportinq) və Fərid Namazov (İmişli) da yer alıb. “Neftçi”nin əvəzedicilərini çalışdıran Rəşad Abdullayev və U-17 millimizə rəhbərlik edən Aqil Nəbiyev də modula qatılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью