Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "Neftçi"ni qələbə münasibətilə təbrik edirəm.
Onlara uğurlar arzulayıram. Oyundan çox danışmaq istəmirəm. Gedişatı özünüz də gördüz".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov "Neftçi" ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, Misli Premyer Liqasının 24-cü turunda səfərdə 0:1 hesablı məğlubiyyəti şərh edib: İnanıram ki, düzgün və ədalətli məqalələr yazılacaq.
Təhlil etsəz, daha yaxşı olar. Həm hakimlərlə, həm oyunla bağlı... Başqa söz deməyə ehtiyac yoxdur. Gördüyüm var.
İndi açıqlasam, ya cəza alacam, ya da intriqaya səbəb olacam. Sizin ədalətli yazılarınızı oxuyuruq.
Düzgün analiz edib, oyunumuzla bağlı təhlil edə bilərsiz. Oyundan razıyam və komandama təşəkkür edirəm.
Belə oyunla ancaq irəli...Növbəti matça hazırlaşacağıq. Hər şey yaxşı olacaq. Son 10 dəqiqəyə nəzər yetirin.