Vaqif Cavadov Sumqayıtı 70ə çatdırdı

04.11.2024

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sumqayıt” Azərbaycan çempionatlarının yüksək liqasında 70-ci ev qələbəsini qazanıb. 

Fanat.Az xəbər verir ki, bu, Misli Premyer Liqasının XII turuna təsadüf edib.

Vaqif Cavadovun baş məşqçi olduğu “gənclik şəhəri” təmsilçisi öz meydanında “Sabah”a qalib gəlib – 1:0. 

Sumqayıtın eyniadlı təmsilçisi 70-ci qələbəsini 207-ci ev matçında əldə edib. Ölkə çempionatları tarixində 12 komanda öz meydanında 70 və daha çox görüşdə qalib gəlib.

Qeyd edək ki, “Sumqayıt”ın ilk ev qələbəsi 2011-ci il oktyabrın 30-da AZAL-la görüşə təsadüf edib – 2:1.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью