Vaqif Cavadov yenidən “Sumqayıt”da Rəsmi!

11.07.2025

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən ilin oktyabrında Samir Abasovun gedişi ilə “Sumqayıt”ın əsas komandasının “sükanı arxasına” keçən Vaqif Cavadov mövsümün başa çatmasına bir neçə tur qalmış vəzifəsindən uzaqlaşdırıldı. Lakin klub açıqlamasında Cavadovun “Sumayıt”da işləyəcəyini, aşağı yaş qrupu üzrə komandalardan birinə baş məşqçi təyin olunacağı açıqlamışdı.

Nəhayət, bu məsələ dəqiqləşib. Klubdan əldə etdiyimiz məlumata görə, gənc mütəxəssis “Sumqayıt”ın əvəzedicilər komandasına baş məşqçi təyin olunub.
Qeyd edək ki, Cavadov əsas komandaya baş məşqçi təyin olunana qədər də əvəzedicilərin baş məşqçisi idi.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью