Vaqif Cavadovun qara siyahı sında kimlər var?

05.05.2025

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında mövsümün başa çatmasına 3 tur qalmasına baxmayaraq artıq bəzi klublar 2025/26 "futbol ili"nin konturlarını cızırlar. Sport24.az xəbər verir ki, onlardan biri də "Sumqayıt"dır.

Redaksiyamıza daxil olan bilgiyə əsasən "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov yeni mövsümdə komandada görmək istəmədiyi futbolçuların adlarını indidən rəhbərliyə təqdim edib.

Adlar çəkilməsə də Cavadovun "qara siyahı"sında 2 yerli və 3 legionerin yer aldığı deyilir.

Qeyd edək ki, 33 turdan sonra aktivində 30 xal olan"gənclik şəhəri"nin təmsilçisi turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью