Vaqif Cavadovun qarşısına hansı vəzifə qoyulub?

12.01.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 8-də “Sumqayıt”ın Müşahidə Şurasının iclasının keçirildiyini xəbər vermişdik. Bildiyimiz kimi, Vaqif Cavadovla 2,5 illik müqavilə imzalanıb.

Bəs baş məşqçinin qarşısına hansı vəzifə qoyulub – həm cari, həm də növbəti mövsümlər üçün?
Bu sualı “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Xaur Xudiyevə ünvanladıq:

“Vaqif Cavadovun qarşısına konkret vəzifə qoyulmayıb. “Mütləq avrokuboklara getməlisən” deyə bir şey yoxdu. Vaqif Cavadov öncə müvəqqəti baş məşqçi kimi təyin olundu. İşi, komandanın oyunu rəhbərliyi razı saldı. Komanda ona tapşırıldı. Vəzifə də budu ki, komanda mümkün qədər yuxarı pillələrdə qərarlaşsın”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью