Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Sumqayıt" komandasını Misli Premyer Liqasının son iki oyununa çıxaracaq şəxsin kimliyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, komanda müvəqqəti olaraq Vurğun Hüseynova tapşırılıb.
Qeyd edək ki, "Sumqayıt" bu gün baş məşqçisi Vaqif Cavadovla vidalaşdığını açıqlayıb. Vurğun Hüseynov onun köməkçilərindən biri idi.
"Gənclik şəhəri" təmsilçisi turda "Turan Tovuz"la, 36-cı turda "Səbail"lə qarşılaşacaq.