“Vaqif Mustafazadəyə sevgi ilə” adlı konsert proqramı təşkil edilib

07.04.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Beynəlxalq ev-muzeyləri günü münasibətlə Vaqif Mustafazadənin ev-muzeyində “Vaqif Mustafazadəyə sevgi ilə” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, V.Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin direktor müavini Səbinə Əliyeva və Şövkət Ələkbərova adına 20 nömrəli 11 İllik Musiqi Məktəbinin direktoru Bəhriyyə Allahverdiyeva əlamətdar günlə bağlı fikirlərini bölüşüblər.

Bədii hissədə şagirdlər maraqlı konsert proqramı təqdim ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью