Vaqif Nağıyev yeni mahnısına təqdimat keçirdi

05.08.2026

Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avqustun 4-də müğənni Vaqif Nağıyevin “Axtarma məni” adlı ilk müəllif mahnısına çəkilmiş klipin təqdimat mərasimi keçirilib.

OLAY yazır ki, tədbirdə media nümayəndələri, sənət dünyasının tanınmış simaları, tərəfdaşlar, dostlar və musiqisevərlər iştirak ediblər. Gecə klipin nümayişi ilə başlayıb. Təqdimatdan sonra isə Vaqif Nağıyev və “Kölgə” qrupu açıq havada canlı konsert proqramı ilə çıxış ediblər.

Vaqif Nağıyev çıxışı zamanı “Axtarma məni” mahnısının onun yaradıcılığında xüsusi yer tutduğunu bildirib:

“Bu mahnı mənim üçün çox dəyərlidir. Çünki ‘Axtarma məni’ mənim ilk müəllif mahnımdır. Biz bu təqdimata uzun müddət hazırlaşmışıq. Bu gün burada bizimlə olan, dəvətimizi qəbul edən və sevincimizi bölüşən hər kəsə təşəkkür edirəm”.

Mahnının  bəstəkarı Vaqif Nağıyev, söz müəllifi  Kamil Hüseynovdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью