Vaqif poeziya günləri Gəncədə | Icma.az
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Firəngiz İDRİSQIZI, tənqidçi-publisist.
Azərbaycan mədəni həyatına xüsusi rəng qatan Vaqif Poeziya Günləri – vaxtilə, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada keçirilməyə başlamış, Qarabağın işğalı dövründə bu tədbir də mənəvi əsarətdə qalmış, 2020-ci ilin böyük Zəfərindən sonra ölkə Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev tərəfindən yenidən bərpa olunmuşdur və indi Azərbaycan xalqının hərtərəfli qələbəsinin maddi-mənəvi sübutu kimi davam edir!
Bu il daha fərqli – geniş formatda Vaqifin Vətəni Qazaxdan başlayıb, Nizami yurdu ulu Gəncədə davam edən Vaqif Poeziya Günlərində Gəncə ədəbi-mədəni mühitinin nümayəndələri iştirak edirdi.
Gəncədə böyük yazıçı Mir Cəlal Paşayevin ev muzeyində keçirilən bu tədbirdə AYB Gəncə Bölməsinin sədri, şairə Xəzangül ilk sözü Vaqif Poeziya Günlərinin məsul təşkilatçısına – AYB-nin yarıdıcılıq üzrə katibi, şair, kinossenarist İlqar Fəhmiyə verdi.
O, Vaqif Poeziya Günlərinin tarixindən, böyük Zəfərdən sonra bərpasından və indii Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə daha böyük vüsətlə həyata keçirilməsindən bəhs etdi.
Əmin olduğunu bildirdi ki, Azərbaycanın mədəniyyət paytaxtlarından biri olan Gəncədə bu gün özünəməxsus yüksək səviyyədə qeyd ediləcək.
Sonra bu tədbir Qarabağda: Ağdamda və Şuşada davam etdiriləcək.
Tədbirdə mənim ifamda yazıçı Qərib Mehdinin «Şair Molla Pənah Vaqifin dili» şeiri səsləndirildi.
Tam oxu
Xəbəri oxu