Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Vaqif müəllimin şah əsəri ilk növbədə onun poeziyasıdır.
O həm gözəl şair, həm də dramaturq idi. Əfsuslar olsun ki, Hüseynağa Atakişiyevdən sonra teatr səhnəsində Vaqif müəllim öz rejissorunu tapma
Buna çox təəssüflənirəm. Rus Dram Teatrında bir tamaşası səhnələşdirildi. Onu da rejissor şou xarakterli hazırlamışdı.
Vaqif müəllim yeri həmişə görünəcək böyük şəxsiyyət idi. Bu elə-belə söz deyil. Biz onun xatirəsini hər zaman uca tuturuq.
Sonuncu dəfə onun fotolarından ibarət albomu işıq üzü gördü. Orada həm də onun deyimləri yer almışdı”.
Bunu Moderator.az-a açıqlamasında xalq şairi Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə Babayeva-Vəkilova deyib.
O, daha sonra “Bəxt üzüyü” əsərinin yaranmasından danışıb: “Yaradıcı insanlar mövzunu əvvəlcə beynində bişirir, sonra oturub onu kağız üzərinə köçürür.
“Bəxt üzüyü” əsəri də bu qəbildəndir. Onun əlyazması evdədir. O karandaşla yazırdı, sonra da onu əl makinasında köçürürdü.