Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu günlərdə yazıçı Vaqif Sultanlının “Səhra savaşı” romanı Serbiyada nəşr olunmuşdur.
Belqraddakı nüfuzlu “Alma” nəşriyyatında yayınlanan romanı serb dilinə Semra Bayats və Susana Byelitsa çevirmişdir.
Nəşriyyatın Asiya Ədəbiyyatı Kitabxanası seriyası ilə yayınladığı kitabın redaktoru Diana Javanoviçdir.
Roman tanınmış yazıçı-publisist və dilçi Corce Otaşeviçin təşəbbüsü ilə Serbiyanın Xalq Kitabxanalarının ortaq layihəsi əsasında yayınlanmışdır.
Vaqif Sultanlının nəsr yaradıcılığında xüsusi yer tutan, şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə dönən qəhrəmanın taleyi fonunda aşkarlanır.
Romanda bəşəriyyətin keçib gəldiyi tarixin ənənəvi səpkidə deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini bütün yönlərilə canlandırmağa imkan vermişdir.
“Səhra savaşı” romanı ədalətsizliyin yaşanılmaz hala gətirdiyi çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, mənasızlaşma, gərəksizləşmə kimi sosial və mənəvi-əxlaqi problemlərə kəskin etiraz ruhu ilə seçilməkdədr.