Vaqif Vəliyev komadan ayıldı

07.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Bir neçə gün əvvəl komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilən Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev komadan ayılıb.

Bu barədə Oxu.Az-a direktorun oğlu Səbuhi Vaqifoğlu məlumat verib.

O bildirib ki, V.Vəliyev süni nəfəs aparatından ayılıb və özü nəfəs alır:

"Hazırda özü nəfəs alır. Amma hələlik müalicəsi Reanimasiya şöbəsində davam edir".

Qeyd edək ki, Vaqif Vəliyev bir neçə gün əvvəl ağır vəziyyətdə Bakıdakı "Məlhəm" hospitala yerləşdirilib. O, komatoz vəziyyətdə süni nəfəs aparatına qoşulmuşdu.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью