Vaqif Xaçaturyan yenidən xəstəxanaya yerləşdirildi

12.02.2026

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq İrəvana təhvil verilən Vaqif Xaçaturyan yenidən xəstəxanaya yerləşdirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan məlumat yayıb.

“Atamda aritmiya var. Aparat qoyulması lazımdır, yenidən əməliyyat tələb olunur”, – deyə o bildirib.

Xatırladaq ki, Vaqif Xaçaturyan yanvarın sonunda xəstəxanadan evə buraxılmışdı.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью