Vaqonda yaşayan kimsəsiz kuryer: Bizi adam yerinə qoymurlar | Icma.az
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki qəhrəmanı şəhərin ən bahalı yerində vaqonda yaşayan kimsəsiz Saleh Həsənov olub.
Uşaq evində böyüdüyünü söyləyən S.Həsənov bildirib ki, 13 ildən çoxdur vaqonda qalır: "32 yaşım var, uşaq evində böyümüşəm.
8 il orada oxumuşam. Atam 2024-cü ilin fevralın 8-də dünyasını dəyişib. O da bu vaqonda yaşayırdı.
Anamla atam mən uşaq ikən ayrılıblar, səbəbini isə bilmirəm. Bir bacım var, amma onunla əlaqəm yoxdur.
Anam bacımı götürüb gedib, məni isə atam böyüdüb. O, dostunun məsləhəti ilə məni internata qoyub ki, təhsil alım.
Amma hər dəfə tətil olanda məni götürüb yanına gətirirdi, onunla qalırdım. Atamla münasibətim çox yaxşı idi.
O dünyasını dəyişəndən həyatdan küsmüşəm. İndi-indi özümə gəlirəm".
Tam oxu
Xəbəri oxu