“VAR da yanlışlıq olmaz, çünki robotlar səhv etmir”

24.10.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Sumqayıt” Misli Premyer Liqasının IX turunda “Zirə”yə məğlub oldu – 2:3.

“Kimyaçılar”ın futbolçusu Emil Mustafayev matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Qarşılaşma ilə bağlı fikirləriniz nələrdir?
– “Zirə” oyuna yaxşı başladı, hücumlar etdi və qol vurdu. 0:2 olsa da, xarakter göstərdik. Komandamız geridönüş etməyi bacardı. İkinci hissədə də bir qolumuz  ofsayd səbəbiylə sayılmadı. Ümumi götürəndə, mübarizəmiz xoşuma gəldi.

– Sayılmayan qolunuzu necə şərh edərdiniz?
– Epizoda baxmamışam. VAR-ın müdaxiləsindən sonra qol qeydə alınmadı. Məncə, VAR-da yanlışlıq olmaz, çünki robotlar səhv etmir.

– Artıq 6 ildir, “Zirə”yə qalib gələ bilmirsiniz. Bu, oyunöncəsi gərginlik yaratmamışdı?
– Təzyiq yox, motivasiya var idi. İstəyirdik ki, seriyanı pozaq. Nəticədən narazıyam, qələbə qazana bilərdik.

– Öz oyununuzu necə dəyərləndirirsiniz? İstədiyiniz formaya çatmışınız?
– Bunu demək çətindir. Həmişə söyləmişəm, çox çalışmaq, çox mübarizə aparmaq lazımdır. Düşünürəm ki, oyundan-oyuna daha da artıracağam.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью