“VAR əleyhimizə qərarlar verdi” Yankauskas

04.10.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Millətlər Liqasının IV turunda keçirilən Azərbaycan – Litva oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Edqaras Yankauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Bərabər səviyyəli komandalarının mübarizəsi oldu. Təəssüf ki, qol vura bilmədik. Azərbaycan yığması fürsətindən yaxşı istifadə etdi. Bəzi detalları danışmaq istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm.

– Azərbaycan millisinin Lixtenşteynlə heç-heçə etməsi sizə motivasiya baxımından necə təsir etmişdi?

– Həmin matç fərqli idi, bizim üçün əhəmiyyət daşımırdı. Bütün diqqətimizi bugünkü görüşə yönəltmişdik. Çoxlu hücumlar etdik, qol imkanları yaratdıq. Lakin fərqlənə bilmədik. Təəssüf ki, nəticə məyusedici oldu. Azərbaycan əlinə düşən bir imkanı maksimum dəyərləndirdi.

– Qrup birinciliyi baxımından şanslarınızı necə dəyərləndirirsiniz?

– Nəzəri olaraq, imkanımız var, amma bizdən asılı deyil.

– VAR müdaxiləsindən sonra Azərbaycan millisinin futbolçusuna göstərilən qırmızı vərəqənin ləğv olunmasına münasibətiniz necədir?

– Bütün qərarlar əleyhimizə oldu. Rəqibin qolunda futbolçumuza qarşı kobud oyun var idi. Amma nə hakim gördü, nə VAR. Bu gün xeyrimizə qərar verilmədi.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью