“VAR işləməyəcəksə, 50 kamera nə üçündür?”

02.11.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Liverpul”un futbolçusu Vircil van Dayk Premyer Liqada “Arsenal”a uduzduqları görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi 0:1 hesabıyla bitən matçda hakim qərarlarından narazı qalıb. O, ikinci hissədə referinin penalti təyin etməməsinə toxunub:

“Bizə qarşı qayda pozulmuşdu, amma hakimin fiti susdu. VAR-da da baxılmadı. Nə üçün? VAR işləməyəcəksə, 50 kamera nə üçündür? Mübahisəli epizodlardan çox danışmaq istəmirəm. Nəticədə günün sonunda məğlub olan tərəf bizik və rəqibi təbrik etməliyik”.

“Liverpul” Premyer Liqada 9 turdan sonra 15 xalla 5-ci sıradadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью