Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
La Liqada VAR qərarlarının ən çox Madrid "Real"ının əleyhinə verildiyi bildirilib.
İdman.biz xəbər verir ki, İspaniya çempionatının ötən mövsümündə VAR (video köməkçi hakim) tərəfindən hakim qərarlarının dəyişdirilməsi üzrə yeni rekord müəyyən edilib – 189 dəfə, bu da əvvəlki göstəricidən daha çoxdur (2022/23 mövsümündə 179 dəfə).
AS nəşrinin hesablamalarına görə, "Real" və "Alaves" VAR qərarlarından ən çox zərər görən klublar olublar – hər ikisinin əleyhinə 16 dəfə hakim qərarları dəyişdirilib.
Bu klubların xeyrinə olan qərarların sayı isə, müvafiq olaraq, 9 və 8 olub.
VAR müdaxilələrinsən ən çox müsbət nəticə qazanan komanda isə "Barselona" olub.
Çempion klub üçün 16 qərar xeyirli olub, əleyhinə isə cəmi 7 qərar verilib.
Bundan əlavə, "Real" ləğv edilmiş qolların sayına görə də liderdir – 8 qol. Ondan sonra "Vilyarreal" gəlir – 6 qol.