Vardanyan apelyasiya şikayəti verməyəcək

25.02.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Ruben Vardanyan hökmdən apelyasiya şikayəti verməyəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Vardanyanın ailəsi açıqlama yayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələr və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan fevralın 17-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. 

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью