Vardanyan məhkəmə qarşısında... | Icma.az
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Təcavüzkar müharibə planlaşdırma, aparma, əhalini deportasiya etmə və ya məcburi köçürmə, hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama kimi ittihamlar irəli sürülüb...
2023-cü ilin sentyabrında baş tutmuş lokal antiterror tədbirləri nəticəsində ləğv edilmiş erməni separatizmi bölgənin təhlükəsizlik seqmenti üçün əsaslı əhəmiyyət daşıyır.
İllərlə terror təhdidi yaradan, işğalçı iddialar səsləndirən, qeyri-qanuni silahlanan və ya silahlandırılan, hərbi cinayətlər törətmiş separatçı xunta birdəfəlik məhv edildi.
Günahkarlar isə müttəhim qismində Azərbaycanın ədalət məhkəməsi önünə çıxarılır.
Bəlli olduğu kimi artıq, 15 nəfər erməni hərbi cinayətkarın ümumilikdə 2 min 548 epizod üzrə işi məhkəməyə göndərilib.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğunun yaydığı birgə məlumata görə isə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı cinayət işinin istintaqı aparılıb.
İşğal olunmuş ərazilərdə qanunsuz silahlı birləşmə yaratmaq...
Tam oxu
Xəbəri oxu