Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistan parlamentinin vitse-spikeri Aram Vardevanyan avropalı səfirlərlə görüşdə müxalifət liderlərinin siyasi motivli həbsləri məsələsini qaldırıb.
Sherg.az xəbər verir ki, Vardevanyan diplomatlara Ermənistanın beynəlxalq öhdəliklərini pozduğunu bildirib. Onun sözlərinə görə, 2026-cı ilin sentyabrında ölkədə 1400 nəfər həbsdə, 800 nəfər ev dustaqlığında olub. Noyabrda isə bu rəqəmlər müvafiq olaraq 1600 və 900-ə yüksəlib.
Qeyd edək ki, hazırda Ermənistanın üç əsas müxalifət lideri -Robert Koçaryan, Samvel Karapetyan və Qagik Tsarukyan həbsdədir.