Vardi İngiltərəyə qayıdır?

10.08.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Vest Hem Yunayted” hücum xəttini Ceymi Vardi ilə gücləndirə bilər.

Apasport.az xəbər verir ki, London təmsilçisi 39 yaşlı forvardın durumunu yaxından izləyir.

Azad agent statusunda olan Vardi yeni mövsüm öncəsi Çempionşipdə mübarizə aparacaq “çəkicdöyənlər”in transfer variantlarından biridir.

Xatırladaq ki, ingiltərə millisinin sabiq üzvü son olaraq İtaliya təmsilçisi “Kremoneze”də çıxış edib.

Qeyd edək ki, Ceymi Vardi 2012-2025-ci illərdə “Lester Siti”nin formasını geyinib. O, bu klubla Premyer Liqa, İngiltərə Kuboku, İngiltərə Superkuboku və iki dəfə Çempionşipin qalibi olub.

Lionel Messinin atasının vida mərasimi keçirilib - FOTO “Çelsi”də təmizləmə əməliyyatı Sabiq "Fənərbaxça"lı "Boka Xuniors"da "Çelsi"nin müdafiəçisi A Seriyası klubunda - RƏSMİ Millimizin üzvü oynadı, komandası qələbə qazandı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью