Vardi üçün Braziliya variantı

17.08.2026

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərəli hücumçu Ceymi Vardi karyerasını Braziliya davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “San Paulo” forvardın xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Braziliya təmsilçisi 39 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Vardi hazırda azad agentdir. Onun son klubu İtaliyada “Kremoneze” olub. Ceymi A Seriyasında 29 oyunda 7 qola imza atıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью